İŞİD-dən yeni edam
12 Oktyabr 2014 00:12 (UTC+04:00)
İŞİD terrorçuları bu dəfə iraqlı jurnalisti edam ediblər.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, İŞİD terror
qruplaşmasının üzvləri Bağdadın şimalında, Tikritin isə şərqində
yerləşən Samirə şəhərində 37 yaşlıRaad
Əl-Əzzaviadlı jurnalisti edam ediblər. Bu barədə onun
yaxınları xəbər veriblər.
Onlar bildirib ki, silahlı qruplaşma, həmçinin jurnalistin
qardaşını və digər iki vətəndaşı da güllələyərək həyatına son
qoyublar.
Qeyd edək ki, edam edilən 37 yaşlı Raad Əl-Əzzavi ölkənin "Sama
Salaheddin" adlı telekanalında operator işləyirdi.