Bu günün hava proqnozu

12 Oktyabr 2014 10:28 (UTC+04:00)
Movqe.az Azərtac-a istinadən xəbər verir ki,Bakıda və Abşeron yarımadasındadəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Cənub küləyi 8-13 m/s, gündüz arabir 16 m/s olacaq.
Temperaturun gecə 12-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Şərq küləyi 5-10 m/s olacaq, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 8-13° isti, gündüz 15-20° isti , dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Temperaturun gecə 12-14° isti, gündüz 18-23° isti,
dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.