Vulkanda ölənlərin sayı 56-ya çatıb

12 Oktyabr 2014 12:01 (UTC+04:00)

Yaponiyada Ontake vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 56-ya çatıb.

Movqe.az APA-ya istinadən bildirir ki, xilasedicilər bu gün dağın ətəyində bir meyit aşkarlayıblar. Bundan başqa, daha bir insan cəsədinin qalıqları aşkarlanıb. Onun kimliyinin müəyyən olunması məqsədilə DNT ekspertizası təyin edilib. Məlumata görə, 7 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, Ontake vulkanı sentyabrın 27-də püskürüb. Təbii fəlakət qurbanlarının əksəriyyətinin ölümünə səbəb vulkanının püskürməsi nəticəsində daşların səpələnməsi çoxsaylı xəsarətlər olub.