İranda təyyarə qəzası: 7 ölü

12 Oktyabr 2014 14:05 (UTC+04:00)

İranda Tehrandan Zahidana uçan polis təyyarəsi qəzaya uğrayıb.

Movqe.az publika-a istinadən xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 4 polis və 3 heyət üzvü həlak olub.

İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı xəbərə görə, təyyarədə Seravan bölgəsində polisə hücumu araşdırmaq üçün ezan olunmuş polislər olub.