Ərdoğan Putinlə İŞİD-i müzakirə edib

12 Oktyabr 2014 17:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, İŞİD probleminin müzakirə olunduğu telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlər və bu ilin sonunda Türkiyədə keçirilməsi planlaşdırılan V Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı barədə də fikir mübadiləsi aparılıb.