Azərbaycanda əcnəbi işlədən sahibkarların işi asanlaşır
12 Oktyabr 2014 19:02 (UTC+04:00)
Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin yenidən
rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif
olunur.
Movqe.az xəbər verir ki , Milli Məclisdən bildiriblər ki,
"Dövlət rüsumu haqqında" qanun layihəsində müvafiq dəyişiklik Milli
Məclisin müzakirəsinə tövsiyə olunub.
Bununla da Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq
edən sənədlərdəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı
dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən
rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsinin ləğvi təklif
olunur.
Bundan başqa, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni
işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş
icazəsi verildikdə dövlət rüsumunun ləğv edilməsi də təklif olunur.