Azəri Günel: "Uzun müddətdir ki, görüşmürük"

12 Oktyabr 2014 21:14 (UTC+04:00)
Günel Zeynalovaarası dəydi deyilənİbrahim Tatlıseshaqqında "Stalife"da danışıb.

Movqe gecce.az-a istinadən xəbər verir ki, Günel ilə Tatlıses arasından qara pişiyin keçdiyi barədə uzun müddətdir ki, şayiələr gəzməkdə davam edir. Açıqlama verən sənətçi artıq bu xəbərlərdən bezdiyini deyib, yalan informasiyaları yayanları qəlbi qara olmaqda qınayıb.

"Xəbərlər yayıldı ki, İbrahim bəy ölüb. Allah eləməsin. İbrahim bəyin vəziyyəti olduqca yaxşıdır. Bizim aramız da yaxşıdır. Sadəcə uzun bir müddətdir ki, görüşmürük. Elə bilirlər ki, mən bütün günü Tatlısesin yanında otururam.

O Kuşadasında, mən İstanbulda yaşayıram. Hər dəfə ora gedə bilmərəm ki. Amma şirkətdə qarşılaşanda danışıb söhbətləşirik. Bu yalanları ancaq ürəyi qara insanlar çıxardarlar. Bir az ürəyimizi fitnəlikdən uzaq tutaq".

İbrahim Tatlısesin Bakıdakı konsertində kəşf olunan Günel o günlərə geri qayıdıb. İfaçı deyir ki, əgər İbrahim onu kəşf etməsəydi, gec-tez İstanbula yollanıb istəyinə çatacaqdı.

"Biz öncədən İstanbula getməyi planlaşdırırdıq. Amma mən yox, atam və qardaşım gedəcəkdilər. Əgər İbrahim bəy məni o konsertdə kəşf etməsəydi, qardaşım İstanbula gedəcəkdi. Mən yenə də oraya gedib çıxacaqdım. Bu, Allahım qismətidir. Bundan sonra nə yazılıbsa, görərik".