Toydan qayıdanlar qəzaya düşdülər: 1 ölü, 4 yaralı - FOTO
13 Oktyabr 2014 00:00 (UTC+04:00)
Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, 4 nəfər isə
xəsarət alıb.
Movqe.Az APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 11-də axşam
saat 21 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu
ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü,
Zaqatala şəhər sakiniBehbud Murtuz oğlu
Şerelovidarə etdiyi "VAZ 21074" markalı 62 BH 765 dövlət
nömrə nişanlı avtomobillə Qaxdan Zaqatala istiqamətində hərəkətdə
olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənərındakı
dərəyə aşırıb.
Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Behbud Şerelov
aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə
olan sərnişinlər - Zaqatala rayonu Yengiyan kənd sakinləri, 1994-cü
il təvəllüdlüMari Qurban qızı Əlixanova, 1983-cü
il təvəllüdlüPərvanə Xəlil qızı Əliyeva, 1989-cu
il təvəllüdlüCahan Nazim oğlu Əlixanovvə Zaqatala
rayonu Lahıc kənd sakini, 1978-ci il təvəllüdlüElnarə Xəlil
qızı Əlixanovaaldıqları müxtəlif dərəcəli bədən
xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX)
aparılıblar.
Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində
daxil olan yaralıların müalicəsi xəstəxanada aparılır, onların
vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, yol qəzasına düşən şəxslər Qaxın Güllük kəndində
keçirilən toy məclisindən evə qayıdırlarmış.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlayıb,
araşdırma aparılır.
məclisindən evə qayıdırlarmış.