Evo Morales yenidən prezident seçildi

13 Oktyabr 2014 10:44 (UTC+04:00)

Evo Morales üçüncü dəfə Boliviya prezidenti seçilib. Sosialist təmayüllü hakim partiyanın namizədi olan Moralesin 12 oktyabr seçkisində 60 faizdən çox səs topladığı bildirilir.Movqe.az - ın məlumatına görə, digər dörd namizəd içində prezidentin ən güclü rəqibi olan Samuel Doria Medina (sağ mərkəz qüvvələrin dəstəklədiyi biznesmen) 24 faiz səs alıb.55 yaşlı Morales prezident postunu 2006-cı ildən tutur.Oktyabrın 12-də boliviyalılar vitse-prezidenti, parlamentin aşağı və yuxarı palatasının deputatlarını da seçiblər.