Honq Konq polisi barrikadaları təmizləyir

13 Oktyabr 2014 10:58 (UTC+04:00)

Oktyabrın 13-də Honq Konq polisi demokratiya tərəfdarı olan etirazçıların qurduğu barrikadaları təmizləməyə başlayıb. İki həftədir etirazçılar bəzi hissələrini tutublar.Hökumət idarələrinin yerləşdiyi əsas etiraz ərazisində tələbələr polislə üz-üzə gəlib.Etirazçılar Pekindən demokratik islahatlar tələb edirlər. Son 2 həftədə Honq Konqda durğunluq yaranıb.Nümayişçilərdən dağılışmaq tələb olunsa da, yürüşlər davam edib. Son bir neçə gündə minlərlə adam çadırlara toplaşıb.Honq Konq hökuməti nümayişləri qanunsuz adlandırıb.