ATƏT-in minsk qrupunun həmsədrləri İrəvana gedir

13 Oktyabr 2014 17:30 (UTC+04:00)

Onların Bakıya gələcəyi də gözlənilir

ATƏT-in Minsk qrupunun həmsədrləri sabah regiona səfərə başlayırlar. Həmsədrlər İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 17-də İrəvanda olacaqlar. 


Bu barədə öz Twitter səhifəsində Ermənistan XİN -in mətbuat katibi Tiqran Balayan yazıb. O, həmsədrlərin prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. 


Həmsədrlərin Bakıya gələcəkləri tarix isə hələ bəlli deyil. 


Xatırladaq ki, oktyabrın sonunda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşü olacaq. Görüş Fransada baş tutacaq. Həmsədrlərin səfərinin məqsədi görüşə hazırlıqdır.