Səhiyyə işçiləri etiraz aksiyası keçirtdi!

13 Oktyabr 2014 18:32 (UTC+04:00)

İngiltərədə tibb bacısı və təcili yardım işçiləri hökümətdən tələb etdikləri artım mövzusundakı anlaşılmazlıqlar səbəbiylə tətilə çıxıb.


Movqe.az xəbər verir ki, Birləşmiş Krallıqdakı Milli Səhiyyə Xidmətinin (NHS) işçiləri, hökumətdən tələb etdikləri artım mövzusunda yaşanan anlaşılmazlıqlar səbəbiylə tətil edib. 


Tibb bacısı və təcili yardım işçilərinin aralarında olduğu minlərlə NHS işçisinin qatıldığı tətildə həkimlər və stomatoloqlar isə yer almır. 


Hökumətə etiraz məqsədiylə edilən səhiyyə işçilərinin aksiyası sabahdan etibarən 4 gün müddətində işi yavaşladaraq davam edəcək.