Kartofu deşib içinə telefon qoydular (FOTO)
13 Oktyabr 2014 18:32 (UTC+04:00)
Bakı İstintaq Təcridxanasında saxlanılan məhbusa
kartofun içində gizlədilmiş mobil telefon sovqat
gətirilib.
Movqe.az Ədliyyə Nazirliyinin Penitensiar
İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə,
xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış
tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan,
Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş Bakı
şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi.
ev 18, mənzil 56 ünvanında qeydiyyatda olan vətəndaş Edqar Bəhmən
oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilən
zaman, gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla
gizlədilmiş, daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia"
markalı mobil telefon aparatı aşkar edilərək
götürülüb. Elşad Şirvan oğlu Abbasov
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən
təqsirli bilinərək həbs edilib. Fakt
üzrə araşdırma aparılır.