Bekhem Ebola virusuna qarşı mübarizənin siması oldu

13 Oktyabr 2014 19:12 (UTC+04:00)

İngiltərə milli komandasının keçmiş kapitanı Devid Bekhem Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə UNICEF kampaniyasının siması olacaq. Movqe.az xəbər verir ki, bu barədə informasiyanı "Deyli Star" yayıb. "Mançester Yunayted" və "Real Madrid"in keçmiş yarım-müdafiəçisi ölümcül virusun yoluxma ehtimalını azaltmağa kömək etmək üçün hansı tədbirlərin həyata keçirilməsinin vacib olduğunu izah edən video-çarxda iştirak edəcək. 

Qeyd edək ki, Ebola virusu Qərbi Afrikada sürətlə yayılır. Əldə olunan məlumata görə, Ebola virusuna yoluxan 4033 adamdan 8,4%-i həyatını itirib. Virusa qarşı effektiv vaksin hələ də mövcud deyil.