Neft ucuzlaşıb

14 Oktyabr 2014 11:16 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  0,69 dollar azalaraq 1 barelə görə 85,05 dollar təşkil edib.

 

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,72 dollar aşağı düşərək 88,17 dollar olub.