Benzini ananas şirəsinə çevirdi

14 Oktyabr 2014 11:28 (UTC+04:00)

Cənubi Afrikada etdiyi maraqlı şoularla tanınan keşiş Lesego Daniel, insanların tanrıya bağlanması üçün ona inananlara benzin içirib. 


Movqe.az xəbər verir ki, böyük bir salonda ona inanan insanlara şöu göstərən Lesego Daniel, daha sonra plastik qab içərisinə qoyduğu benzini çalxalayıb ananas suyuna çevirdiyini iddia edib. Daniel, daha sonra hazırladığı qarışığı ətrafındakı qadınlara verib.


Keşiş Danielin əlindəki şüşədən bir az da içmək üçün sanki bir-birini əzən qadınlardan biri "Əvvəl öskürdüm. Dadı acı idi amma heç bir əks təsirini görmədim "şərhini edib. 


Danielin bu maraqlı şousu əsnasında qonaqların "Şükürlər olsun" deyə bağırdıqları eşidilib.