Bakıda daha bir yol bağlanır

14 Oktyabr 2014 11:40 (UTC+04:00)

Zaqulba-İqamətgah dairəsinə qədər yol bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mərdəkan yol qovşağından Zaqulba-İqamətgah dairəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.