lumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının İstehsalı və Emalı Şöbəsinin müdir müavini Rizvan Mustafayev nazirin əmri ilə işdən çıxarılıb. Məlumata görə, R. Mustafayevin bu şöbənin keçmiş müdiri Sabir Vəliyevin yerinə təyinat alacağı gözlənilsə də, tamamilə əks vəziyyət yaranıb. R. Mustafayev işdən azad edilib. Mənbənin bildirdiyinə görə, H. Əsədovun nazirliyə təyinatından bu günə kimi keçmiş işçilərdən sayılı qədər vəzifəli şəxs öz postunda qala bilib. R. Mustafayevin işdən çıxma xəbərini nazirlikdən də rəsmi olaraq təsdiqləyiblər.