Azərbaycanda korrupsiyada ittiham olunan yeddi nəfər ölkədən qaçıb
18 İyul 2012 13:03 (UTC+04:00)
APA-nın məlumatına görə, bu barədə Baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında
bildirib.
Onun sözlərinə görə, məhkəməyə göndərilən cinayət işlərindən 98
şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində
41 cinayət işi rayon (şəhər) məhkəmələrinə göndərilib.
Həmin cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq),
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə
səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər
faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilən 82 cinayət işi üzrə ibtidai araşdırma
mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241
manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Məhkəmədə baxılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərdən
bəraət alanı olmayıb. K. Əliyev həmçinin qeyd edib ki, hesabat
dövründə idarənin şöbələrindən daxil olan 104 əməliyyat tapşırığı
icra olunub, axtarışda olan 21 şəxsdən 14 nəfəri tutulub istintaqa
təhvil verilib. Hazırda axtarışda olan 7 şəxsin Azərbaycan
Respublikasının hüdudlarından kənarda olması müəyyən edilib və
onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir.