Tezliklə İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında deyib.
İ.Zərqami bildirib ki, Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq.
O əlavə edib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".
İ.Zərqaminin sözlərinə görə, İran "Azerspace-1"
peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər
çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace
1"-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio
şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".
O, əlavə edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının
yaranması haqqında razılıq əldə olunub.