Prezident Tacikistana gedir

14 Oktyabr 2014 16:41 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edəcək.


ANS PRESS-in məlumatına görə, bu barədə Tacikistan mətbuatı məlumat yayıb. Ölkə başçısı 15-16 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə rəsmi görüşlər keçirəcək. 


İlha Əliyev Tacikistan dövlət başçısı İmamali Rəhman və ölkənin digər yüksək vəzifəli səlahiyyətliləri ilə bir araya gələcək. 


Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində tərəflər arasında bir sıra ikitərəfli müqavilələrin imzalanması gözlənilir.