Evlənən kimi soyadını dəyişdirdi

14 Oktyabr 2014 16:10 (UTC+04:00)

İki həftə əvvəl İtaliyada məşhur aktyor George Clooney ilə evlənən Livan əslli İngilis insan hüquqları vəkili Amal Alamuddinin bundan belə iş həyatında yalnız ərinin soyadını istifadə edəcəyi açıqlanıb. 36 yaşındakı məşhur vəkilin adı çalışdığı Doughty Street Chambers hüquq bürosunun internet saytında "Amal Clooney" olaraq dəyişdirilib. Movqe.az xəbər verirk ki, Amal və George Clooney İngiltərədəki yeni evlərində keçirdikləri balayını yarıda qoyub.

53 yaşındakı Corc Clooney yeni filmi "Tomorrowland"i tanıtmaq üçün Comic Cona qonaq olub, Amal Clooney də yeni iş üçün Yunanıstana gedib. Vəkilin Afinadakı Partheon məbədinin mərmər heykəllərini İngiltərədən geri almağa çalışan Yunanıstanda məsləhətlər verəcəyi açıqlanıb. 


Parheon Heykəlləri Hal-hazırda Londondakı Britaniya Muzeyində sərgilənir.