“Arif Hacılı təhqir kampaniyasına başladı” - Səxavət Əlisoy

14 Oktyabr 2014 18:11 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu sözləri Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb. O bildirib ki, hazırda partiyada hədəf olaraq Ellada Məmmədli və Vurğun Əyyubdur: "Qırmızı xətt tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf edən insanların üstünə gedirlər. Bu adamlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında "Yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim". Dedi ki, qalibləri mühakimə etmirlər. Bu cavabdan savayı bir şey də gözləmirdim".

S.Əlisoy kinayə ilə partiyada yeni komissiya yaradılması təklifini də irəli sürüb: "Arif Hacılının Məclisi dəstənin ən bərkgedən təhqirçilərindən və qoluzorlulardan ibarət bir "İntiqam" Komissiyası yaratsa, yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır. Analitik mərkəzə artıq ehtiyac yoxdur, bunun əvəzinə İntiqam Komissiyası yaranmalıdır".

Qeyd edək ki, sentyabrın 27-də keçirilən Müsavat Partiyasının VIII qurultayında Səxavət Əlisoy namizədliyini digər namizəd Qubad İbadoğlunun xeyrinə geri götürüb. Buna baxmayaraq, Arif Hacılı 228 səslə başqan seçilib, Q.İbadoğlu isə 200 səslə ikinci olub.