“Qazprom” çökür: Gəlirlər kəskin azaldı

14 Oktyabr 2014 18:33 (UTC+04:00)

Rusiyanın qaz nəhəngi "Qazprom" şirkətinin gəlirləri azalıb.Movqe.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına əsasən 2014-cü ilin ilk yarımilində "Qazprom"un gəlirləri ötən illərlə müqayisədə 22.7 faiz azalıb. Bu barədə şirkətin özündən məlumat verilib. Şirkətin maliyyə hesabatında bildirilib ki, "Qazprom" Qərbin sanksiyalarının şirkətin fəaliyyətinə təsirini qiymətləndirməyə davam edir. "Sanksiyalar qrupun maliyyə vəziyyətinə təsir göstərməyəcək", - hesabatda qeyd olunub.