Bakıda 19 yaşlı oğlan onu aldadan homoseksualı öldürdü (TƏFƏRRÜAT)

14 Oktyabr 2014 19:05 (UTC+04:00)

Paytxatda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub

Oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş qətlin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, qəsəbə sakini A.M aralarında yaranmış mübahisə zəminində həmyerlisi O.R-i istifadəsiz tikilidə öldürüb.


1995-ci il A.M 50 yaşlı O.Riya 10 bıçaq xəsarəti yetirib. O.R aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


19 yaşlı A.M qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.


Kiriminalistlər 50 yaşlı O.R-in meyitini çılpaq halda aşkar edib. A.M O.R-i mətbəx bıçağı ilə qətlə yetirib.


A.M-in sözlərinə görə, O.R ilə axşam tanışlarının toyundan bir gün əvvəl, toy axşamında əylənmək istəyiblər. O.R A.M-ə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib.


Cütlük yarımçıq tikiliyə gedərək cinsi əlaqədə olur. Cinsi əlaqəyə girəndən sonra O.R A.M-ə vəd etdiyi pulu verməkdən imtina edib. Bundan sonra hirslənən 19 yaşlı A.M 50 yaşlı O.R-nı öldürüb.


Qeyd edək ki, oktyabrın 11-də Zirə qəsəbəsində qətl hadisəsi baş verib. Qəsəbə sakini A.R oğlu M. aralarında yaranmış mübahisə zəminində həmyerlisi O. N oğlu R-nı bıçaqlayaraq öldürüb.


A.M qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.