Türkiyə PKK-nı bombaladı

14 Oktyabr 2014 20:17 (UTC+04:00)
Türkiyənin F-16 təyyarələri dünən axşam PKK-nın mövqelərini bombalayıb. 

ANS PRESS-in məlumatına görə, bununla da Türkiyə hökuməti ilə PKK rəhbərliyi arasında 2013-cü ildə imzalanmış razılaşma qüvvədən düşüb. 

Qərb mətbuatı hadisənin Hakkari vilayətində baş verdiyini yazır. "The Telegraph"ın yazdığına görə, hadisəyə səbəb Dağlık şəhərində PKK yaraqlılarının polis məntəqəsinə hüjum etməsi üzündən baş verib. 

Qəzetin yazdığına görə, bu, PKK ilə hakim partiya AKP arasında iki il qabaq anlaşma imzalandıqdan sonra Türkiyə təyyarələrinin ilk zərbəsidir. 

AFP agentliyinin yazdığına görə, PKK yaraqlıları İŞİD-in Kobanini ələ keçirməsinə etiraz olaraq polis məntəqəsinə hücum ediblər. 

Türkiyə mətbuatı, o cümlədən PKK-nın parlamentdəki siyasi qanadı HDP nədənsə bu barədə susur.