Rus-erməni təlimi başladı
14 Oktyabr 2014 21:18 (UTC+04:00)
Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi
dairəsinin bütün hərbi bazalarında genişmiqyaslı təlimlərə start
verilib.
ANS PRESS-in məlumatına görə, Cənub Hərbi
dairəsinin mətbuat xidmətinin açıqlamasına görə, hərbi təlimlər
Kamxud və Ələyəz təlim-tədris kompleksində keçirilir. Oktyabrın
13-dən başlayan təlimlər oktyabrın 19-na kimi davam
edəcək.
Açıqlamada bildirilir ki, hərbi bazalarda olan
bütün qoşun növləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Cənub
Hərbi dairəsinə aid hərbi bazaların tarixində ilk dəfə olaraq
təlimlərdə 3 min hərbi qulluqçu, 500-dən çox hərbi texnika iştirak
edir.
Təlimlərin keçirilməsində məqsəd ordunun döyüş
qabiliyyətini yoxlamaqdır. Təlimlərə cənub Hərbi dairəsinin
komandiri Aleksandr Romançuk rəhbərlik edir.