Ukraynada vuruşan terrorçular Qafqaza gəldi

15 Oktyabr 2014 10:43 (UTC+04:00)

Ukraynanın Donetsk və Luqansk vilayətlərində vuruşan osetiyalı könüllülər geri dönüb. Movqe.az xəbər verir ki, onların sayının 40-a yaxın olduğu deyilib. Məlumatda partizanların Şimali və Cənubi Osetiyaya oktyabrın 14-də döndüyü bildirilib. Regnum agentliyi isə terrorçuların Çxinvalidə rəsmi şəkildə təmtəraqla qarşılandığını yazıb.