Lavrov və Kerri arasında görüş 3 saat davam edib

15 Oktyabr 2014 10:50 (UTC+04:00)

Parisdə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar keçirilib. Movqe.az-ın verdiyi xəbərə görə, ABŞ səfirinin iqamətgahında təşkil olunmuş görüş 3 saatadək davam edib. Lavrov və Kerri arasında görüş təkbətək söhbətlə yekunlaşıb. Nümayəndə heyətlərinin görüşündən əvvəl də Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında iqamətgahın həyətində təkbətək söhbət olub.

Danışıqların yekunlarına dair Con Kerri qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Donetsk və Luqanskda referendumun nəticələrini tanımayacaq."Donetsk və Luqanskda müstəqillik haqqında referendum keçirmək cəhdləri Minsk sazişinin pozulması kimi qiymətləndirilir və onun nəticələrini nə Ukrayna hakimiyyəti, nə də beynəlxalq ictimaiyyət tanımayacaq", deyə Kerri bildirib.Kerri həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında "İŞİD" terror qruplaşması ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.