“Ebola” xəstəliyindən ölənlərin sayı 4447-yə çatıb

15 Oktyabr 2014 10:54 (UTC+04:00)

"Ebola" virusundan ölənlərin sayı 4447-yə çatıb.Movqe.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.ÜST ekspertlərinin məlumatına görə, həftənin sonunadək bu təhlükəli xəstəliyə yoluxanların sayı 9 mini keçəcək.Qeyd edək ki, epidemiya ilə ən təhlükəli vəziyyət Qərbi Afrikada - Syerra-Leone, Liberiya və Qvineyada yaranıb. Virus yeni ərazilərə yayılmaqda davam edir.