“Agent 007” martini kokteylini pivədən ayıra bilmir – FOTO

11 Aprel 2012 18:09 (UTC+04:00)












Movqe.Az ABŞ-ın "Advertising Age" jurnalına istinadən verdiyi xəbərə görə, filmin baş qəhrəmanı ingilis aktyoru Danyel Kreyq (Ceyms Bond) filmdə çəkildiyi bir səhnədə pivə içkisi sifariş etməsi, filmin pərəstişkarlarını hirsləndirib. Belə ki, "Ceyms Bond" obrazını canlandıran D.Kreyq, filmin ssenarisinə əsasən, getdiyi bir barda Hollandiyada istehsal olunan "Heineken" pivəsini sifariş etməli və həmin pivəni içməlidir. Lakin, C.Bond martini kokteylinin (spirtli içki) adını çəkərək, pivə içərkən görülməsi filmin pərəstişkarlarının əsəbləşməsinə səbəb olub. Pərəstişkarlar məlum olmayan martini içkisi ilə qarışdırılan məhlulu birmənalı qarşılamayıblar. Həmçinin pərəstişkarlar C.Bondun pivəylə nümayiş olunmasını düzgün hesab etmirlər.

Qeyd edək ki, "Skyfall" adlı bədii filmin bəzi səhnələri Türkiyədə də çəkilir. Filmin 23-cü seriyası bu ilin sonunda geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Fuad Mədətov