GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ

15 Oktyabr 2014 12:24 (UTC+04:00)

Bu günlərdə Masallı rayon İcra Hakimiyyəti Başçısının qəbulunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqə-müsahibə mərhələsində keçib. Ümumtəhsil məktəblərinə təyinat almış və bu il fəaliyyətə başlayan gənc müəllimlərlə görüş olub. Rayonun rəhbəri Rafil Hüseynov gənc müəllimləri salamlayaraq dedi ki, dərs ilinin əvvəlidir. Bu il həm də onunla əlamətdardır ki, Masallı rayonun pedaqoqları sırasına kənar yerlərdən gələnlər təşrif buyurublar. Onlar əslində dövlət çağırışına gəliblər. Hər sahədə qayğı hiss etməlidirlər. Gəncdirlər, həyata ilk addımlarıdır və yaxud ailə quracaqlar. Bu torpağa bağlanmalı olacaqlar, öz ocaqlarını yandıracaqlar. Gələcəkdə rayonun mühüm sahələrinə irəli çəkiləcəklər, yəni kadrlar kimi istifadə edəcəyik və biləcəyik ki, onlar nəyə qadirdilər.

Qəbulda Rafil Hüseynov daha sonra gənc müəllimlərə çətin peşənin müqəddəsliyi, ucalığı barədə fikirlərini bildirib. Şərəfli peşə adını yüksəltmək müəllim adını şərəflə daşımaq üçün tövsiyə və tapşırıqlarını verib. O, gənc nəslin nümayəndələrinə dövlət qayğısından da söhbət açıb, 2014-2015-ci dərs ilindən kənd yerlərinə təyinat almış müəllimlərə şamil olunacaq imtiyazlardan söz açıb. O, gənc pedaqoqların müsabiqə-müsahibədə yüksək bal toplamalarını dəyərləndirib və Masallı təhsilinin uğurlarına əmək fəaliyyətinə təzəcə başlamış müəllimlərin uğur verəcəklərinə əminliyini bildirib, bu işin faydalı olacağını dilə gətirib.

Qəbula toplaşan müəllimləri Masallı rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov da salamladı, onları ictimaiyyət nümayəndələrinə təqdim edib. Masallı rayonun ümumtəhsil müəssislərində 2014-2015-ci tədris ilində dərs deyəcək müəllimlər 11 nəfərdir. Amid Məmmədov, Şəhriyar Əliyev, Fatimə Qurbanova, Aysel Şükürova, Emil Məlikov, Nərman Əsgərova, Fuad Bünyadlı, Xəyalə Nəcəfova, İlkin Əliyev, Kəmalə Hüseynova və Aytən Mehdiyevadır. Gənc pedaqoqlar Redəkənar, Ərkivan, Sirəbil, Meşəkənarı, Məmmədoba, Şatroba, Qəzvinoba, Təzə Alvadı, Əhmədli və Hüseynhacılı məktəblərində coğrafiya, tarix, biologiya, ingilis və rus dilini tədris edirlər. Bir nəfəri ibtidai sinif müəllimidir.

RİH Başçısı onların hər biri ilə tanış oldu, qayğılarından xəbərdarlıq bilindi. Dərs saatları şəraitində keçirilən qəbulda Masallı rayonunda bu il fəaliyyətə başlayan gənc müəllimlər arzu və təkliflərini bildirməklə pedaqoji fəaliyyətinin ilk təəssüratını bölüşüb.

Qəbulun axırında Masallı RİH Başçısı Rafil Hüseynov söylədi ki, bu, rayon ictimaiyyəti, müvafiq idarə rəhbərləri ilə bu il fəaliyyətə başlayan gənc müəllimlərin birinci görüşüdür. Cavan pedaqoqların yaxşı nəticələr göstərəcəyinə əminik. Odun yanacaq məsələsi həll olunacaq. Cavan adamlarla şərait yaranacaq. Masallı Rayon Təhsil Şöbəsində gənc müəllimlərlə mütəmadi görüşlər təşkil olsunsun, rayon tədbirlərinə dəvət olunsunlar.

Rafil Hüseynov gənc müəllimlərə bir daha uğurlar arzulayıb.