"Cənab Prezident hörmətli İlham Heydər oğlu
Əliyev!
Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı
istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali
təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı
olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli
vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən
xahiş edirəm ki, məni əfv edəsiniz.
Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə
təşəkkür bildirirəm."
Yazaraq sizə bildirirəm ki, bu gün mən
Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə
ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam
və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş
edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən
çıxardasız.
Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq
edirəm".
Xatırladaq ki, bundan əvvəl də NİDA Vətəndaş
Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri
Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı,
Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət
edərək əfv istəyiblər.