Səhiyyə Nazirliyindən kadr dəyişikliyi
15 Oktyabr 2014 16:15 (UTC+04:00)
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun rəhbərliyi
dəyişdirilib. Nazirlikdən Trend-ə
verilən məlumata görə, institutun direktoru, respublikanın baş
ginekoloqu Faizə Əliyeva pensiya yaşının çatması ilə əlaqədar
vəzifəsindən azad edilib. Hazırda bu
vəzifəni Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
direktor müavini professor Cəmilə Qurbanova əvəz
edir. Qeyd edək ki, institutun binası
hazırda təmir edilir. Binanın bu ilin sonu, gələn ilin əvvəlində
istifadəyə veriləcəyi nəzərdə tutulur.