DSMF vətəndaş forumu keçirdi (FOTO)
15 Oktyabr 2014 16:25 (UTC+04:00)
Dövlət Sosial Müdafə Fondu (DSMF) Şəmkirdə
regional "Açıq qapı günü"-vətəndaş forumu
keçirib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan
Movqe.az-a verilən məlumata görə, regional tədbirdə Şəmkir,
Gədəbəy, Ağstafa, Tovuz, Göygöl, Daşkəsən, Kəlbəcər, Qazax
rayonlarından və Gəncə şəhərindən olan sığorta ödəyiciləri və
pensiyaçılar iştirak ediblər. Dövlət
Sosial Müdafə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər
bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının
vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına
malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə
Fondunun saytı (www.sspf.gov.az), həm "Elektron hökumət" portalı
(www.e-gov.az) vaistəsilə "Sığortaolunanlara məlumatların
verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün
işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial
sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz
pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz
işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə
imkan verir. Oktyabrın 15-də Dövlət
Sosial Müdafiə Fondunun Şəmkirdə keçirdiyi "Fərdi uçot-inzibati
nəzarətin ictimai nəzarətlə əvəzlənməsi" adlı "Açıq qapı
günü"-vətəndaş forumunda bu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, hər bir vətəndaş sığorta-pensiya sistemində
ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar
olmasını nəzərə alaraq, öz fərdi hesabında məlumatların tam əks
olunmasında xüsusi maraqlı olmalıdır. Həmçinin, ölkəmizdə fərdi
uçot sisteminin tətbiqindən əvvəlki dövrdə, yəni 2006-cı ilin 1
yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik
göstərməlidir. Çunki avtomatlaşdırılmış pensiya təyinatı yalnız
sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır
və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini
tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan
imkan xaricindədir. Forumda
çıxış edən DSMF-nin şöbə müdiri Elşən Məmmədəliyev uğurla həyata
keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi və sosial həyatın
bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı
inkişafa nail olunduğunu, əhalinin sosial rifahının daha da
yaxşılaşdığını vurğulayıb. Bildirilib ki, beynəlxalq standartlar
əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi
vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında
yüksəldilməsini təmin etməkdədir. Dövlət Sosial Müdafiə Fondunun
gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial
inkişafın birbaşa nəticəsidir. 2014-cü il 1 oktyabr tarixə DSMF
ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın – 1
milyon 286 min nəfər pensiyaçının, 2 milyon 886 min nəfər
sığortaolunanın – sığorta-pensiya sistemində iştirakının müəyyən
edilməsində mühüm rola malikdir. E.Məmmədəliyev qeyd edib ki, respublikamızda əmək pensiyaları
ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin
olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında
ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər
(sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin
bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son
dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək
haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam
məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya
təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Ödənilmiş sosial sığorta
haqlarının fərdi uçotunun aparılması məqsədilə, Dövlət Sosial
Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota
alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi
hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya
təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm
məlumatlar toplanır. Cari ildən tətbiq olunan "Sığortaolunanın
onlayn uçota alınması" xidməti DSMF-nin əhalinin ən çox müraciət
etdiyi elektron xidmətlərdəndir. Bu xidmət vasitəsilə vətəndaşların
fərdi uçot sistemində uçota alınaraq sosial sığorta
şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata
keçirilir.
Tədbirdə təqdimatla çıxış edən DSMF-nin sektor
müdiri Rüfət Oruclı sığorta-pensiya sisteminin xüsusiyyətlərindən
bəhs edib. Bildirib ki, Fondun internet səhifəsində yaradılmış
müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz
fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru
vasitəsilə öz pensiyasını hesablaya bilər. Qeyd olunub ki,
"Sığortaolunanın onlayn uçota alınması" xidməti sığortaedənlərlə
DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan
yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da
artırılmasını təmin edir. Təqdimatda həmçinin pensiya yaşına çatmış
hər bir vətəndaşın hər hansı sənəd toplamadan və vaxt itirmədən
Fondun 190 çagrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin
nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya
təyinatı hüququnu reallaşdırmaq imkanı diqqətə çatdırılıb. Ölkədə
pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu
məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək
məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün
bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit
limitindən istifadə imkanı yaradan "Pensiya+"xidməti, Fondun
əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron
xidmətlər barədə forum iştirakçılarına ətraflı məlumat
verilib.
Regional vətəndaş forumunda iştirakçıların mövzu
ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə
edilib.