Təkliyin çarəsi Facebookdu?

15 Oktyabr 2014 19:23 (UTC+04:00)

İngiltərədə 15-18 yaşları arasındakı 1,015 gənclə edilən araşdırma, sosial mediadakı dostluqların real həyata da tətbiq olunduğunu göstərir. Movqe.az xəbər verir ki, araşdırmaya qatılan hər üç gəncdən biri, internetdə tanış olduğu ən az bir nəfərlə üz-üzə görüşdüyünü söyləyir. 

İngilis gəncləri arasında ən məşhur sosial ünsiyyət səhifəsi isə Facebookdur. Onu Twitter və Snapchat izləyir.

Nümayiş olunan nəticələrə görə, gənclərin dörddə biri "sosial media asılılığı" olduqlarını etiraf edir.