Ermənistanın iqtisadiyyat naziri: “Avrasiya İqtisadi Birliyinə qoşulmağımız barədə müqavilədə Dağlıq Qarabağ haqqında heç nə deyilmir”

15 Oktyabr 2014 18:26 (UTC+04:00)

"Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə müqavilədə Dağlıq Qarabağ haqqında heç nə deyilmir". Mvqe.az-ın "News.am"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bildirib. Jurnalistlərin Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yaradılıb-yaradılmayacağı barədə suala cavab verən K. Çşmarityan qeyd edib ki, müqavilədə bu barədə heç nə deyilmir: "Ermənistan Respublikasının imzaladığı bütün beynəlxalq sənədlər müstəsna şəkildə yalnız Ermənistan Respublikasına şamil olunur". Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sənəd oktyabrın 10-da imzalanıb.