İstanbul xəstəxanalarından biri Ebola virusun ilə əlaqədar karantinə bağlanıb

16 Oktyabr 2014 10:40 (UTC+04:00)

İstanbulda Ebola virusunun yayılması təhlükəsi ilə əlaqədar Mərmərə Universiteti yanında tədris-tədqiqat xəstəxanası karantinə bağlanıb. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb. Xəstəxana Fil Dişi Sahili vətəndaşının yüksək temperaturla həkimlərə müraciət etməsindən sonra karantinə bağlanıb. Müayinədən sonra pasiyentdə Ebola virusu aşkarlanmayıb. Qeyd edək ki, bu virus tər, qan, tüpürcək yolu ilə yayılır. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.