Daha bir ölkədə EBOLA
16 Oktyabr 2014 11:15 (UTC+04:00)
Kolumbiyanın Kali şəhərində bir nəfər Ebolaya
yoluxmaqda şübhəli bilinətək xəstəxanaya
yerləşdirilib.
ANS PRESS-in məlumatlna görə, bu barədə ölkənin
səhiyyə naziri Arold Suares xəbər verib.
"Onun bütün lazım olan analizləri aparılır. Denge,
malyariya, sarılıq və Eboladan"- deyə Suares bildirib. Nazir
bildirib ki, bu vacibdir, belə ki, pasient bir neçə gün əvvəl
Ekvatorial Qvineyadan gəlib.
Qeyd edək ki, adı çəkilməyən şəxsin yüksək
temperaturu qalxdıqdan sonra o özü könüllü olaraq həkimə müraciət
edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-da Ebolaya yoluxan
tibb bacısı ilə birgə təyyarədə uçan 132 sərnişin axtarıldığı
xəbəri verilmişdi.
ÜST təxmin edir ki, 22 milyondan çox insanın
yardıma ehtiyacı var və hazırkı yayılmanı məhdudlaşdırmaq üçün 1
milyard dollar lazımdır.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki,
Ebola virusundan ölənlərin sayı 4447-yə çatıb. Virusa qeydə alınmış
yoluxma halları isə 9 minə çatmaq üzrədir.
Ümumdünya Səhiyyə Təşkilatının direktorunun
müavini Brüs Aylvard deyib ki, Ebola xəstəliyinə qeydə alınmış
yoluxma hallarının sayı hazırda 8914-ə çatır. Röyters xəbər
agentliyi Brüs Aylvarda istinadən bildirib ki, bu rəqəmin bu
həftənin sonunadək 9 minə çatacağı
gözlənilir.
ABŞ səhiyyə rəsmiləri isə digər ölkələri Ebola
xəstələrinə qulluq edilməsi üsullarını nəzərdən keçirməyə
çağırıb.
Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi
infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50
faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə
nəticələnir.
Ebola virusunun ilk yayılma halı 1976-cı ildə
Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə
alınıb.
Virus xəstə adamın qan, qusuntu, ishal,
bədəndaxili mayelər, dəri cildinin bütövlüyünün pozulması, ağız və
burnu ilə təmas vaxtı ötürülür.
O həmçinin, sidik və spermada ola
bilər.
Xəstənin paltarı, çamaşırı və toxunduğu
səthlərdəki virus yalnız təmasda olan şəxsin dəri cildinin
bütovlüyünün pozulduğu halda ötürülə bilər.
Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və
yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş
verir.
Xəstəliyin ilk simptomları özünü göstərənə kimi 21
günədək vaxt keçə bilər. Bu müddət ərzində virus yoluxucu deyil.
İlk simptomlar qəfil qızdırma, əzələ ağrıları, halsızlıq, baş və
boğaz ağrısıdır. Bunun ardınca qusma, ishal, bədəndə səpki, xarici
və daxili qanaxma başlaya bilər. Qanaxmaya xəstənin gözü, diş əti,
burnu və ishalında rast gəlinir.
Bədəndəki susuzlaşma və müxtəlif daxili orqanların
funksiyalarının pozulması ölümün əsəs səbəbi ola
bilər.
Hazırda virusun qarşısını almaq üçün heç bir çarə
mövcud deyil.
Susuzlaşmanın qarşısını almaq üçün ağır xəstələrə
təcili damardaxili maye inyeksiyaları
verilməlidir.
Onlar başqa xəstələrdən təcrid olunmalı və
intensiv baxım altına alınmalıdır.
Potensial vaksinlər sınaqdan keçir. Onlar uğurlu
olduğu təqdirdə vaksinlər ilk növbədə tibb işçilərinə
veriləcək.
ZMapp kimi eksperimental dərmanlardan istifadə
edilib. Lakin onlar xəstələrin hamısını qurtara
bilməyib.
Sağ qalan xəstələrin qanının köçürülməsi də
potensial müalicə üsulu kimi istifadə olunub.
Risk altında kimlərin olduğunu düşünsək,
bilməliyik ki, Ebola pasientlərilə yaxın təmasda olanların hamısı
risklə altındadır.
Xəstələri müalicə edən tibb işçiləri bütün bədəni
örtən qoruyucu geyim və gözlükdən istifadə edirlər. Buna rəğmən
yüzlərlə adam ölüb.
Xəstənin ailə üzvləri də risk kateqoriyasına aid
edilir. Qərbi Afrika ölkələrində mərhuma toxunmaq və sarılmaq adəti
var və cəsəd dəfn olunmazdan öncə yuyulur.
Ölümdən sonra bədəndəki virus hələ də təhlükəli
qalır. Hazırda əhalini çevik və təhlükəsiz dəfnlərə
səsləyirlər