Google Glass ucbatından xəstə oldu

16 Oktyabr 2014 11:52 (UTC+04:00)
Texnologiya məhsullarına yeni kateqoriya əlavə olunub. Eynəklə kompüteri birləşdirən Google Glass (Google Eynək) ilk aludəçisini taıb. Movqe.az xəbər verir ki, ABŞ-da yaşayan bir şəxs gündə 18 saat istifadə etdiyi Google Glass ucbatından müalicə altına alınıb​. 35 günlük bir proqrama alınan şəxs, eynəyi taxmadığı vaxtlarda  belə şüursuzca əlini gözlüyün açma düyməsinin olduğu yerə aparır. 31 yaşındakı şəxs həkimlərə "Gözlüyün köməyi olmadan həyatımı davam etdirməkdə çətinlik çəkirəm" deyib.