McDonald’s-ın Kanada obyektində
Ron Morais adlı şəxs kofesindən siçan çıxdığını iddia edib və
şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Movqe.az xəbər verir ki,
Moris "Mən həmişə kofemi son damlasına qədər içirəm. Bu dəfə də elə
etdim. Lakin sonda məni surpriz gözləyirmiş. Bu surpriz ölü siçan
idi" deyib.
Hadisədən sonra McDonald’s-ın əməkdaşları obyektin binasına baxış keçiriblər, lakin orada siçan aşkar etməyiblər.