"Çox qısa müddət ərzində Bakı fantastik dərəcədə dəyişib"- Türkiyəli model

16 Oktyabr 2014 12:34 (UTC+04:00)
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova illər sonra doğma Bakıya üz tutub.


Mövqe.az-ın verdiyi məlumata görə, həmyerlimiz İçərişəhərin küçələrini gəzib, türk dostları üçün hədiyyələr alıb.

"Çox qısa müddət ərzində Bakı fantastik dərəcədə dəyişib. Şəhər çox gözəl, müasir olub, çox dəyişib. Mənim üçün Şərqlə və Qərbin birləşdiyi şəhərimdən gözəli yoxdur. Hər il Bakım bir başqa don alır", - deyə model deyib.

Qeyd edək ki, Könül Əzizova 2010-cu ildə Azərbaycanı Türkiyədə keçirilən və TRT 1 və TRT Avaz-da yayımlanan "Cehiz-şou"-da iştirak edib. Həmçinin model "Beni Böyle Sev" serialında rol alıb. "Evos angels" dərgisi onu ayın gözəli seçib.