Bu rayonlar qazsız qalacaq

16 Oktyabr 2014 13:00 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, bu gün saat 12:00-dək Füzuli, saat 11:00-dan 15:00-dək Səbail, saat 11:00-dan 16:00-dək Sabunçu, saat 11:00-dan 17:00-dək Şamaxı, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.