Alnında tatuyla doğuldu - FOTOLAR

16 Oktyabr 2014 14:04 (UTC+04:00)

Adı bilinməyən bu qız vitiliqo xəstəliyindən əziyyət çəkir. Maraqlısı odur ki, onun üzündə sanki dovşanı öpən it tatusu yaranıb. 

Movqe.az xəbər verir ki, foto amerikalı mülkədar həkim Farrah Qraysın feysbuk səhifəsində paylaşılıb. O, feysbuk səhifəsində :"Bu gözəl qız hər gün məktəbə gəlib-gedir. Hamı onun xarici görünüşünə baxsa da, mən onun çox təmiz ürəyinin olduğunu düşünürəm" . Ona pis nəzərlərlə baxmayın!" yazıb.


Vitiliqo xəstəliyi (latın dilində "vitium" - "qüsur") qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan "melanin" adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə "boyayır") azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər.