Müəllimlər üçün differensial əməkhaqqı
16 Oktyabr 2014 16:30 (UTC+04:00)
Azərbaycan Təhsil Nazirliyi Bakının orta
məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı
sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək.
Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri
Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması
məqsədilə keçirilən tədbirdə çıxış edərkən
deyib. Onun sözlərinə görə, Bakıda
demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə
iştirak edib: "Bu, sınaq qiymətləndirmədən sonrakı mərhələdə olan
proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal
paylanmasından sonra təhsil sistemində fəaliyyət göstərən
müəllimlərin əməkhaqqı məsələsinə aparan yoldur".
Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni
təklif Nazirlər Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil
Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin
mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri
aparılır".