Keçmiş sevgilisinin evini yandırdı

16 Oktyabr 2014 18:09 (UTC+04:00)

İngiltərənin Lanckashire bölgəsindəki Burnley şəhərində yaşayan 20 yaşlı Dillon İrvin , onu tərk edən yoldaşı Samantha Millikenin evinə pəncərəni qıraraq girdikdən sonra özünü bir otağa kilidləyib və yanğın törədib. 


Movqe.az xəbər verir ki, 4 il 8 ay həbs cəzasına məhkum olunan İrvin, "Hadisə zamanı sərxoş olduğunu və yanğını intihar etmək məqsədiylə çıxardığını" söyləyib. İrvinin yara almadan xilas olmağı bacardığı yanğında Millikenin pişiyinin öldüyü və dairəsinin 30 min sterlinqlik zərər gördüyü açıqlanıb.