"Sevgilim yoxdur" - Ayan

16 Oktyabr 2014 17:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki,müğənni Ayan Babakişiyeva Ailəm.az-ın "O..." layihəsində sualları cavablandırır. 



- Evlilik, yoxsa subaylıq?

- İkisi birində.

- Ailə, yoxsa karyera? 

- Ailə.

- Ana olmaq, yoxsa olmamaq?

- Əlbəttə ki, ana olmaq.

- Gəncə, yoxsa Bakı?

- Gəncə.

- Məşhur olmaq, yoxsa olmamaq?

- Olmamaq.

- "Dodge", yoxsa "Nissan"?

- "Toyota".

- Avtomobili daha yaxşı kim idarə edir: kişi, yoxsa qadın?

- Baxır, hansının kefi yaxşıdır.

- Hansı istirahəti seçərdiniz: serial, kino, yoxsa kitab?

- Kitab.

- "Instagram", ya klassik fotoalbom?

- "Instagram"

- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?

- Heç biri.

- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?

- Yalan, yalan, yalan. Çünki hər şey yalandan başlayır.

- Qadınlar üçün ideal evlilik yaşı hansıdır?

- İdeal heç nə yoxdur.

- Daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi ilə?

- Qadınla.

- Aktrisalıq, yoxsa müğənnilik?

- Müğənnilik.

- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?

- Heç biri. Çünki sevgilim yoxdur. (gülüş)

- Xoşbəxt olmaq üçün nə lazımdır?

- Sadəcə xoşbəxt olmaq lazımdır.

- Sizi ən çox hansı sual bezdirir?

- Şəxsi həyat barədə verilən suallar.

- Kimin yerində olmaq istəyərdiniz?

- Elə öz yerimdə olsam məsləhətdir.

- Nəyə görə peşmanlıq çəkirsiniz?

- Peşman olsam, yaşaya bilmərəm. Heç nə üçün.

- "İndiki ağlım olsaydı..." - cümlənin davamını necə bitirərdiniz?

- İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım.