Rəhim Rəhimli və Qurd: "Sən elə bilirsən…" - VİDEO

18 İyul 2012 21:28 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Klan-A-Plan" qrupunun sabiq üzvü, 2010-cu ildən solo fəaliyyətə başlamış reper Qurd və tanınmış müğənni Rəhim Rəhimli bu yayın hiti olacağını iddia etdikləri "Sən elə bilirsən" mahnısını hazırlayıblar. 

Qeyd edək ki,  "Sən elə bilirsən" mahnısına yaxın zamanda videoklip də çəkiləcək. "Sən elə bilirsən" mahnısının musiqisi bəstəkar Cəmil Məmmədliyə, sözləri Qurda, aranjmanı isə Nadir Nağdpula məxsusdur.

Türkan Nadirqızı

Movqe.Az