iPhone 6 üçün 20 milyon ilkin sifariş verildi

16 Oktyabr 2014 19:06 (UTC+04:00)

Çində ilk sifarişi alınmağa başlanan iPhone 6 və iPhone Plus üçün 20 milyondan ,çox tələb gəldiyi bildirilib. China Daily qəzetinin xəbərinə görə, Apple-ın yeni məhsulları iPhone 6 və iPhone Plus üçün 10 Oktyabrda ön sifariş alınmağa başlamasından bu yana 20 milyondan çox tələb gəlib. Ölkədə məhsulların satışına sabah başlanacaq. 


Movqe.az xəbər verir ki, ölkədə yeni iPhone-lar üçün, Apple mağazaları və Çinin üç böyük telekom şirkətilə yanaşı pərakəndə satış səlahiyyəti olan Cindong və Suning kimi şirkətlərin internet mağazaları vasitəsilə də ilk sifarişlər alınır. 



iPhone 6-ın 16 GB-lıq modelinin satış qiymətinin 5 min 288 yuan  və iPhone Plus-uın 16GB-lıq modelinin isə 6 min 88 yuan (təxminən 990 dollar) olduğu açıqlanmışdı.