Gəncədə yeni nəşriyyat evi açılıb

18 İyul 2012 23:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncədə Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzində şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yeni "ELM" nəşriyyat evi açılıb. 

Nəşriyyat fəaliyyətə yaxın günlərdə başlayacaq. Nəşriyyatın bütün avadanlıqları Almaniyadan gətirilib və müasir standartlar səviyyəsindədir.

Qeyd edək ki, burada hər növ çap işləri həyata keçiriləcək. Nəşriyyatda buklet, kitab, jurnal və s. kimi çap məmulatları hazırlamaq mümkün olacaq.

Türkan Nadirqızı

Movqe.Az